Prezident dövlət qurumuna 11,9 milyon manat ayırdı

Prezident dövlət qurumuna 11,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı-Qəhrəmanlı-Gödəklər-Bünyadlı-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamla on altı min nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini birləşdirən Allahyarlı-Qəhrəmanlı-Gödəklər-Bünyadlı-Sarısu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.4-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon (on bir milyon doqquz yüz min) manat ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, bu sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.

Share: