Priqojin: “Baş Qərargah rəisi bizi vurmağı əmr edib”

Priqojin: “Baş Qərargah rəisi bizi vurmağı əmr edib”

“Bu dəqiqələrdə Baş Qərargah rəisi “Vaqner” üzvlərinin kolonlarına aviasiya zərbələri endirməyi əmr edib”.

Bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sosial şəbəkədəki müraciətində qeyd olunub.

“Pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər”, – deyə o qeyd edib.

03:20

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin yeni səsyazısı yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində paylaşımlar edilir.

“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”, – deyə səsyazısında qeyd olunur.

Share: