İtalyan insayder Fabritsio Romanonun yazdığına görə, Lionel Messinin PSJ-ni tərk edəcəyi artıq dəqiqləşib.
Oxu.Az xəbər verir ki, bu arada Messi ilə bağlı daha bir iddia ortaya atılıb.
Klub rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına gedən və Liqa 1 təmsilçisinin bu səbəbdən iki həftəlik komandadan uzaqlaşdırmaqla cəzalandırdığı futbolçu Asiya ölkəsində “Əl-Hilal”la danışıb aparıb.
“The Telegraph”ın iddiasına görə, sözügedən klub ona illik 400 milyon avro ödəməyə hazırdır.
Romano belə bir təklifin bir ay əvvəl edildiyini bildirib. İtalyan insayder, həmçinin, sosial şəbəkə hesabından PSJ-nin bazasının qarşısından görüntülər paylaşıb. Messinin son davranışlarından narazı olan fransız azarkeşlər bazanın ətrafına toplaşaraq argentinalının əleyhinə təhqiredici şüarlar səsləndiriblər.
Leonun “Barselona”ya qayıdışı gündəmdə olsa da, kataloniyalılar maliyyə problemlərinə görə bu keçidi reallaşdırmaqda çətinlik çəkirlər. ABŞ-nin “İnter Mayami” klubu da Messinin xidmətində maraqlıdır.