Qərb bölgəsində min dərdə dərman olan möcüzə

Artıq uzun illərdir ki Samux rayonunun kiçik bir kəndindən çıxan su qərb bölgəsində məşhurdur.

Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır. 

Bulaq 1946-cı ildə Samux rayonu ərazisində neft kəşfiyyat quyularının qazılması zamanı aşkar olunub.

Mineral tərkibli olan su 1 400 metr dərinlikdən çıxır. 1998-ci ildə suyun gəldiyi ərazidə bulaq salınıb.

Sarvan bulağı tək Samux rayonunda deyil, Gəncə şəhərində də kifayət qədər məşhurdur. Uzun illərdir ki ölkənin ikinci böyük şəhəri də daxil olmaqla yolu Samux rayonundan düşənlər bulağın suyundan istifadə edirlər.

Azərbaycanın unikal təbii sərvətlərindən sayılan Sarvan suyu mədə, böyrək və digər xəstəliklərin müalicəsində əhəmiyyətli dərəcədə effektivdir. Bu suyun ən önəmli özəlliklərindən biri də soyuq olmamasıdır. Hazırda gün ərzində bulaq suyundan minə yaxın sakin istifadə edir.

Daha ətraflı Baku TV-nin süjetində:

Share: