Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 59 kq-da çıxış edən idmançı 2-ci yer uğrunda qarşılaşmada türkiyəli Elmas Çelikə “tuşe” ilə qalib gəlib.
14:18
Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, təxminən bir illik fasilədən sonra güləş döşəyinə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.
O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.
Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının gümüş medalçısı, II Avropa Oyunlarının mükafatçısı Alyona Kolesnik (59 kiloqram) də İslamiadaya qələbələrlə başlayıb. 59 kiloqram çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.