Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
“Report”un məlumatına görə, X turda Ermənistanla qarşılaşan yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib.
Kişilərdən ibarət kollektiv isə Ermənistana uduzub – 1:3.
Şahmat Olimpiadası
Qadınlar
X tur
Ermənistan – Azərbaycan – 0:4
Elina Danielyan – Günay Məmmədzadə – 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva – 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva – 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1
Kişilər
Azərbaycan – Ermənistan – 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan – 0:1
Qədir Hüseynov – Hrant Melkumyan – 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan – 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan – 0:1
Qeyd edək ki, Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.
11:10
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın milli komandaları X turun görüşünə çıxacaqlar.
“Report”un məlumatına görə, kişilərdən və qadınlardan ibarət millilər Ermənistanla qarşılaşacaq.
Kişilər
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan
Qədir Hüseynov – Hrant Melkumyan
Vasif Durarbəyli – Manuel Petrosyan
Nicat Abbasov – Robert Hovanisyan
Bu nəticəyədək Azərbaycan millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cüdür.
Qadınlar
Ermənistan – Azərbaycan
Elina Danielyan – Günay Məmmədzadə
Lilit Mkrtçyan – Xanım Balacayeva
Anna Sarqsyan – Gövhər Beydullayeva
Susanna Qaboyan – Gülnar Məmmədova
Bu nəticəyədək Azərbaycanın qadın yığması 14 xalla 6-cı, Ermənistanın müvafiq komandası isə eyni xalla 7-cidir.