Əfqanıstanın Herat şəhərinə yağan qar yerli sakinlərin sevincinə səbəb olub.
Heratlılar küçələrə çıxaraq bu şəhər üçün nadir hallarda rast gəlinən təbiət hadisəsini rəqs edərək qeyd ediblər.
Qeyd edək ki, Əfqanıstanın şimal-qərbində yerləşən Herat türkəsilli şair, filosof, Nizami Gəncəvinin davamçılarından biri olan Əlişir Nəvainin böyüyüb başa çatdığı şəhərdir.
Mənbə: Sputnik Əfqanıstan