Qarabağ alınsın sonra evlənəcəm deyən XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı

Qarabağ alınsın sonra evlənəcəm deyən XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı

 

Baku TV-nin əməkdaşı Anım Günündə Xüsusi Təyinatlı Qüvvələrin peşəkar snayperi şəhid İbrahim Sadıqlının ailəsini ziyarət edib.

Döyüş yolu Murovdağdan başlayan şəhid Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Şəhidin atası Şahin Sadıqovun sözlərinə görə, İbrahimin verdiyi dəqiq koordinatlar sayəsində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, texnikası sıradan çıxarılıb.

“Hərbi hissə komandiri mənə məktub göndərmişdi və həmin məktubda deyilirdi ki, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və texnikasını sıradan çıxarmış, hərbi əməliyyatların yerinə yetirilməsi zamanı öz həyatını təhlükə qarşısında qoymuş hərbi qulluqçulara verilir. Amma İbrahım həyatını təhlükə qarşısında qoymadı. O da başqa şəhid qardaşları kimi öz həyatını Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması uğrunda qurban verdi”, – deyə o əlavə edib.

Şəhidin anası Zərnigar Sadıqova qeyd edib ki, oğlu torpaqların azad olunmasını bütün arzularından, canından üstün bilib.

Z.Sadıqovanın sözlərinə görə, İbrahimə evlənməsini deyən dostlarına ancaq Qarabağ işğaldan azad edildikdən sonra ailə quracağını deyibmiş.

Daha ətraflı süjetdə:

 

Share: