Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” Türkiyəyə yollanıb.
Bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
Bildirilib ki, “köhlən atlar” qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.
Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.
Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.