“Qarabağ” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.
“Köhlən atlar” III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyə bilməsə, növbəti raundda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
14:11
“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.
“Köhlən atlar” III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” həm “Şerif”, həm də “Viktoriya” ilə üç dəfə qarşılaşıb. “Köhlən atlar”ın Çexiya təmsilçisi ilə bütün oyunları heç-heçə başa çatıb: 0:0, 1:1, 2:2. Ağdam təmsilçisi “Şerif” ilə keçirdiyi üç oyundan birində məğlub olub, ikisində isə qələbə qazanıb: 0:1, 3:0, 2:1.
09:24
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) cütü “səpələnməmişlər” səbətində yer alıb.
Cütün qalibi pley-off mərhələsində aşağıda adları qeyd olunan komandalardan biri ilə qarşılaşacaq:
“Kopenhagen” (Danimarka)
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi
UEFA-nın mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.
Bu gün, həmçinin, UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Qarabağ” Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək.
Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 3 komandası 1-ci qrupun 3 təmsilçisi ilə düşəcək. 1-ci qrupun digər 3 klubu 3-cü qrupdan öz rəqiblərini tanıyacaq. 3-cü qrupun yerdə qalan komandaları 2-ci qrupdan 2 kollektivlə cütlük təşkil edəcək. 2-ci qrupun digər 4 komandası isə bir-birinə rəqib olacaq.
Azərbaycan çempionu 2-ci qrupda yer alıb. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ya öz qrupundan 3, ya da 3-cü qrupda qalan kollektivlərdən biri ilə qarşılaşacaq. Burada yalnız “Srvena Zvezda” – “Pünik” duelinin məğlubu “Qarabağ”a rəqib ola bilməz.
1-ci qrup
“Gent” (Belçika)
“Austriya” (Avstriya)
“Harts” (Şotlandiya)
“Sivasspor” (Türkiyə)
“Dnepr-1” (Ukrayna)
“Silkeborq” (Danimarka)
2-ci qrup
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün məğlubu
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu
“Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu
“Budyo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu
3-cü qrup
“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Maribor” (Sloveniya) – HİK (Finlandiya) cütünün qalibi
4-cü qrup
“Omoniya” (Kipr)
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
“Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Slovakiya) cütünün qalibi