“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa çempionatında növbəti matçını keçirib.
Oxu.Az xəbər verir ki, komanda V turda səfərdə “Strasburq”la qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, bu nəticədən sonra “Nant” Liqa 1-də 5 turda topladığı 6 xalla 9-cu sıradadır.