20 yaşlı Baloğlan Məmmədovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Yaqut Məmmədova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir.
“Artıq 5 ildir ki, Baloğlanın qaraciyərində problem var. Son bir ildə isə bu problem qaraciyər sirrozuna çevrilib. Həkimlər övladıma təcili qaraciyər nəqli etmək lazım olduğunu deyir. Bunun üçün isə bizim imkanımız yoxdur”
Yaqut Məmmədova əməliyyat üçün 80 000 manatın tələb olunduğunu deyib.
“Əməliyyat Bakıdakı xəstəxanalardan birində həyata keçiriləcək. Donor isə özüm olacağam. Əməliyyat üçün 80 000 manat lazım olsa da, bu məbləğin cəmi 5 000 manatını toplaya bilmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 470-36-69