Bir zamanlar izlənmə rekordu qıran Türkiyənin “Zerda” serialının çəkildiyi Hurşit Ağa malikanəsi yerlə bir olub.
Qaziantepin Nurdağı rayonunun Sakçagözü məhəlləsində 1916-cı ildə inşa edilən Hurşit Ağa malikanəsi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dağılıb.
Malikanə 2002-2004-cü illər arasında milyonları ekrana kilidləyən “Zerda” serialı ilə yanaşı bir çox filmə də ev sahibliyi edib. 3 ayrı hissədən ibarət malikanənin iki hissəsi tamamilə dağılıb, digər hissəsi isə ciddi şəkildə xəsarət alıb.
Sakçagözü məhəlləsində qaya parçaları dağlardan qoparaq yollara düşüb və bir çox bina dağıntıya çevrilib. Həmçinin tarixi quruluşu, əşyaları və bağçası ilə bölgənin ən əhəmiyyətli turizm mərkəzləri arasında yer alan Hurşit Ağa malikanəsindən də geriyə daş və taxta yığınlarından ibarət dağıntılar qalıb.
Mənbə: Haber Global