Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə dövlət qeydiyyat nişanının üzərini bağlayır.
Xezerxeber.az xəbər verir ki, görüntülər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində dayanma durma qaydalarını pozan sürücülərin əksəriyyəti, məsuliyyətdən yayınmaq məqsədi ilə müxtəlif üsullara əl atırlar.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, məsuliyyətdən yayınmaq üçün bu üsullara əl atan sürücülərə, dayanma durma qaydalarını pozmaları ilə yanaşı, həm də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cərimə tətbiq edilir.
Ömər Xıdırov qeyd edib ki, həmin sürücülər müşahidə kameraları vasitəsi ilə aşkarlandıqdan sonra sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilirlər.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: