Qvatemalada Fueqo vulkanı püskürüb.
Bu səbəbdən Çimaltenanqo departamentinin San-Pedro-Yepokapa rayonunun sakinləri təxliyə edilirlər.
Bu barədə “CONRED” Qvatemala Milli Fövqəladə Hallar Xidməti məlumat verib.
Məlumata görə, vətəndaşların yerləşdirilməsi üçün hakimiyyət iki böyük sığınacaq hazırlayıb ki, burada təxminən 900 ailə qəbul ediləcək.
Bildirilib ki, San-Pedro-Yepokapa, Çimaltenanqo, I və II Panimaçe kəndlərində, El-Porvenir və Morelia bölgələrində qabaqlayıcı təxliyə işləri aparılır.
“CONRED”in məlumatına görə, Fueqo vulkanının püskürməsi nəticəsində 6 kilometr yüksəkliyə qədər kül və qazlar püskürüb, həmçinin şərq və qərb yamacları boyu lava axını müşahidə olunur.
Qeyd edək ki, Fueqo Mərkəzi Amerika ən aktiv vulkan hesab olunur. Vulkan Qvatemala paytaxtından 45 kilometr qərbdə, dəniz səviyyəsindən 3763 metr yüksəklikdə yerləşir. 2018-ci ildə Fueqonun püskürməsi 1,7 milyon insana təsirsiz ötüşməyib, ümumilikdə isə ölkədə 16,6 milyon insan yaşayır. O zaman ən azı 190 nəfər isə təbii fəlakətin qurbanı olub.
Mənbə: News.ru