Qvatemalada Müstəqillik Günü konserti zamanı izdihamda 9 nəfə ölüb

Qvatemalada Müstəqillik Günü konserti zamanı izdihamda 9 nəfə ölüb

Qvatemalada Müstəqillik Günü konsertində baş verən izdihamda ikisi uşaq olmaqla 9 nəfər həlak olub.

Bu barədə Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Həmçinin, 20-dən çox şəxsin yaralandığı bildirilib.

Qeyd olunub ki, hadisə qruplardan birinin öz çıxışını bitirdikdən sonra baş verib. Belə ki, hamı eyni anda məkanı tərk etməyə çalışıb.

 

Share: