Rişi Sunak Böyük Britaniya baş nazirliyinə namizədliyini irəli sürüb

Rişi Sunak Böyük Britaniya baş nazirliyinə namizədliyini irəli sürüb

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak istefa verdiyini açıqlayan Liz Trassın yerinə baş nazir postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.

O, barədə oktyabrın 23-də “Twitter”də paylaşım edib.

“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz böyük iqtisadi böhranla üz-üzəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş naziriniz olmaq üçün namizədliyimi irəli sürürəm. Mən iqtisadiyyatımızı sabitləşdirmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, – Sunak yazıb.

 


Share: