Ronaldunun bacısı “Real”ın prezidenti Peresə acıqlandı: “Özünə hörmət et, qoca…”

Ronaldunun bacısı “Real”ın prezidenti Peresə acıqlandı: “Özünə hörmət et, qoca…”

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyro “Real”ın prezidenti Florentin Peresin portuqaliyalı futbolçu ilə bağlı açıqlamasına sərt cavab verib.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda “Ayntraxt”la oyundan əvvəl azarkeşlərdən biri Madrid klubunun rəhbərinə portuqaliyalının kluba qaytarılmasının mümkünlüyü ilə bağlı sual verib. Peres əvvəlcə azarkeşlərin kimi nəzərdə tutduğunu başa düşməyib.

“Kim?” – deyə “Real”ın prezidenti soruşub. Bir az fasilədən sonra isə gülümsəyərək əlavə edib: “Kriştianu? Yenidən? 38 yaşında?..”

Katya Aveyro isə bu cavaba kəskin reaksiya verib.

“Onun 38 yaşı var, amma hələ də iki metrdən çox hündürlüyə tullanmağı və üç dəqiqə orada qalmağı bacarır, bədənində yağ yoxdur. Özünə hörmət et, qoca, sənin 75 yaşın var…” – deyə o, sosial şəbəkədə yazıb.

Ronaldu 2009-2018-ci illərdə Madrid klubunda çıxış edib. Bu müddət ərzində portuqaliyalı iki dəfə İspaniya çempionu, eyni sayda ölkə kubokunun sahibi olub. Bu müddət ərzində o, dörd dəfə Çempionlar Liqasının qalibi olmağı bacarıb.

Mənbə: Gazeta.ru

 

Share: