Bazar ertəsi Rumıniyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 97,1 min nəfərə yaxın insanın yaşadığı Tarqu Jiu şəhərindən 14 km şimal-qərbdə yerləşib. Mənbə 8 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS