Rusiya bir ildən artıqdır ukraynalı jurnalisti əsir saxlayır

Rusiya bir ildən artıqdır ukraynalı jurnalisti əsir saxlayır

Ukraynanın UNIAN resursunun jurnalisti Dmitri Xilyuk bir ildən artıqdır ki, Rusiya əsirliyindədir.

Onun rəsmi statusu hərbi əsir deyil, mülki girovdur. Məhz bu səbəbdən, jurnalistin mübadiləsi müşkülə çevrilib. Ötən il boyu rəsmi Kiyev Hilyukun azadlığa buraxılacağına ümid edərək jurnalistlərdən onun haqqında material hazırlamamağı xahiş etmişdi, indi isə vəziyyət əksinədir.

Dmitrinin atası Vasili jurnalistlərə oğlunun buryatlar tərəfindən əsir götürüldüyünü deyib. O, atası ilə birgə ələ keçsə də, sonradan qoca sərbəst buraxılıb.

UNİAN-ın baş redaktoru Mixail Qannitskinin sözlərinə görə, rusiyalı hərbçilər Dmitrini səngər qazmağa məcbur ediblər. Onun jurnalist olduğunu qarşı tərədin bilib-bilməməsi dəqiq məlum deyil. Ancaq Rusiya ordusu onu hələ də hardasa saxlayır və buraxmaq istəmir.

“Rusiya tərəfi Dmitri və bir neçə başqa şəxslə bağlı heç vaxt vədini yerinə yetirməyib. Onlar axşam üçün siyahıları razılaşdırırlar, lakin səhər mübadiləyə gətirmirlər”, – Qanitski deyib.

Dmitri Xilyuk və onun kimilərin rəsmi statusu mülki girovlardır. İl ərzində təxminən 2500 nəfər, o cümlədən yüzdən bir qədər çox mülki şəxs azad edilib. Doğrudan da, beynəlxalq hüquqa görə, onları hərbçilərə dəyişmək mümkün deyil və Moskva bunu bəhanə edərək mülki şəxsləri buraxmaq istəmir.

Ötən il Rusiya koloniyalarından birindən Dmitri Xilyukdan çox qısa, cəmi üç cümləlik məktub gəlib. Bu qeyd onun sağ olduğunu təsdiqləyir. “Əziz anam və atam, mən sağam.  Yaxşıyam. Dima”, – məktubda deyilir.

Dmitrinin müharibə nəticəsində dağıdılmış evi artıq dostları, həmkarları və ictimaiyyət tərəfindən yenidən tikilib. Hilyukun yaşlı valideynlərinə indi həmkarı Tatyana Polyakovskaya baxır. Qocalar övladlarının yolunu səbirsizliklə gözləyirlər.

Mənbə: Unian

Share: