Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır

Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır

Azərbaycanla sərhəddə törətdiyi təxribatın ağır nəticələrini yaşayan Ermənistan indi də informasiya sahəsində destruktiv fəaliyyətlə məşğuldur.

“Caliber”in məlumatına görə, Ermənistan mətbuatında guya Azərbaycan ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər dərc edilib.

Azərbaycan tərəfi isə bunu miskin vəziyyətdə olan Paşinyan rejiminin Moskvanı öz sərhəd avantürasına cəlb etmək cəhdi kimi qiymətləndirir.

İstisna edilmir ki, itirəcək heç nəyi qalmayan İrəvan özü müxtəlif təxribatlar törədir və dezinformasiya yayır.

 

Share: