Rusiya təyyarəsində sərnişin digərinə çəngəllə hücum etdi: “Düşündüm ki, şar kimi partlayacaq”

Rusiya təyyarəsində sərnişin digərinə çəngəllə hücum etdi: “Düşündüm ki, şar kimi partlayacaq”

Rusiyanın “Aeroflot” şirkətinin Banqkokdan Moskvaya uçan təyyarəsində sərnişin qarşısında oturana metal çəngəllə hücum edib və müxtəlif yerlərinə batırmağa başlayıb.

Buna səbəb qarşısında oturan sərnişinin oturacağı tərpətməsi və yelləməsi, ona rahat yemək yeməyə imkan verməməsi olub.

35 yaşlı Xabarovsk sakini Aleksey Fursov uzun uçuş zamanı rahat yemək yeməsi üçün masanı açıb. Amma qarşı oturacaqdakı sərnişin daim hərəkət etdiyi və masanı silkələdiyi üçün Fursov yeməyini yeməkdə çətinlik çəkib. Bu zaman Aleksey Fursov əsəbiləşib, çəngəli götürüb və var gücü ilə digər sərnişinə batırmağa başlayıb. Çiynindən, sinəsindən və kürəyindən üç zərbə vurmağı bacarıb.

“Düşündüm ki, çəngəli batıracağam və şar kimi partlayaraq yox olacaq”, – deyə o, hərəkəti ilə bağlı açıqlama verərkən bildirib.

Uçuş bələdçiləri çəngəli onun əlindən alıblar, əllərini bağlayaraq plastik qandallar taxıblar və Şeremetyevo hava limanına endikdən sonra polisə təhvil veriblər.

Mənbə: “SHOT” “Telegram”

Share: