Rusiyanın Krasnodar diyarında Belaya çayı (Agidel çayı) yerin altına axmağa başlayıb.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər paylaşılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidməti bu səbəbdən çayın dayazlaşdığını bildirib.
Mütəxəssislər bu qəribə hadisənin Krasnodar diyarı üçün adi olduğunu bildiriblər. Onların sözlərinə görə, regionda karst mağaraları olduğu üçün bu ərazidə belə hallar mütəmadi baş verir. Belə hallarda su səthdən qismən yoxa çıxa, sonra isə yeni yerlərdə görünə bilər.
Mənbə: Kommersant