Rusiyada oyanan vulkan üç min metr yüksəkliyə püskürdü

Rusiyada oyanan vulkan üç min metr yüksəkliyə püskürdü

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının kamerası Bezimyannı vulkanının püskürməsini qeydə alıb.

Qurumun mətbuat xidməti “Telegram”da oyanmış vulkanın görüntülərini paylaşıb.

Dağdan qalxan qatı külün 3 min metr yüksəkliyə çatdığı bildirilib.

Həmçinin, vulkandan çıxan qaynar lava ətrafa yayılıb.

Xatırladaq ki, Kamçatkadakı Bezimyannı vulkanı yüksək aktivliyə malikdir. Belə ki, 2022-ci ilin oktyabrında o, 6 km-ə qədər yüksəkliyə kül püskürüb və bölgədə aviasiya təhlükəsinin ən yüksək səviyyəsi elan olunub.

Vulkanın hündürlüyü 2882 metrdir. Onun ən böyük püskürməsi (40 km-dən çox yüksəkliyə) 30 mart 1956-cı ildə qeydə alınıb. Həmin gün Rusiyada hər il Vulkanoloq Günü kimi qeyd olunur.

Mənbə: tvzvezda.ru

Share: