Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyada sanksiyalar səbəbindən məşhur “Sezar” salatının dadı dəyişəcək.
Belə ki, ölkənin ictimai iaşə müəssisələrində “Sezar” salatının sousunun hazırlanması üçün əsas inqrediyentlərdən olan konservləşdirilmiş ançous (balıq tərkibli) məhsulu çatışmazlığı yaranıb.
Bu məhsul əvvəllər İtaliyadan əldə edilirdi, lakin Rusiya dost olmayan ölkələrdən dəniz məhsullarının idxalına qadağa qoyub və bütün balıq ehtiyatları tükənib.
KİV-də yayılan xəbərlərə görə, restoranlar Asiya və Afrikada alternativ tədarükçülər axtarırlar, lakin aşpazlar yeni dadın italyan ançousuna (balığına) bənzəyib-bənzəməyəcəyi ilə bağlı proqnoz verə bilmirlər.
Vurğulanır ki, iaşə müəssisələri “Sezar” üçün hazır souslar almağa məcbur ola bilər ki, bu da yeməklərin dadına öz təsirini göstərəcək.
Mənbə: KP.ru