Rusiyada səkkiz yaşlı uşaq sükan arxasına keçib iki maşını vurdu

Rusiyada səkkiz yaşlı uşaq sükan arxasına keçib iki maşını vurdu

Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində səkkiz yaşlı uşaq yol-nəqliyyat hadisənin səbəbkarı olub.

Belə ki, azyaşlı atasına məxsus “Ford Transit” markalı park edilmiş avtomobili işə salıb və binanın həyətində sürməyə başlayıb. Bu zaman o, idarəetməni itirərək dayanmış iki avtomobillə toqquşub.

Hadisə şahidi avtomobili uşağın idarə etdiyini gördükdə polisə məlumat verib. Dərhal polis əməkdaşları əraziyə gəliblər.

Onlar uşağı atası ilə birlikdə yetkinlik yaşına çatmayanlar şöbəsinə aparıblar.

Mənbə: TASS

Share: