Rusiyada təcili yardım həkimləri xəstəni döyublər.
Onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.
Yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.
Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.
“Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir”, – nazirlikdən qeyd olunub.
Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.
Mənbə: gazeta.ru