Rusiyada yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb

Rusiyada yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb

Rusiyanın Buryatiya Respublikasında yanğınsöndürənlərin ehtiyatsızlığı nəticəsində bir kənd alova bürünüb.

Hadisə Buryatiyanın Solontsı kəndində baş verib.

Belə ki, yanğınsöndürənlərin məqsədi sahədə olan quru otları yandırmaq olub.

Lakin ehtiyat tədbirləri düzgün aparılmadığından alov yaxınlıqdakı kəndin həyətyanı sahələrinə və evlərə keçib.

Respublikanın yerli administrasiyasından verilən məlumatda qeyd olunur ki, artıq kəndlilərə dəyən ziyan hesablanıb və onlara kompensasiya ödəniləcək.

Mənbə: Baza

Share: