Ötən həftə verdiyi konsertdə səhnədən yıxılaraq zədələnən türkiyəli məşhur müğənni Kibariye günlər sonra ilk paylaşımını edib. Məşhur müğənni özünün fotosunu paylaşıb və şəklə göz muncuğu emojisi əlavə edib.
Xatırladaq ki, müğənninin mühafizəçisi səhnəyə çıxan pərəstişkara müdaxilə etdiyi zaman Kibariye zərbə alıb və təxminən 2 metr hündürlükdən yıxılıb.
O, əvvəlcə yaxınlıqdakı özəl xəstəxanaya, daha sonra Mersin Şəhər Xəstəxanasına aparılıb və orada müalicə olunub.
İfaçı iki gecə müşahidə altında qalıb.