Səudiyyə Ərəbistanının tikintisinə başladığı “The Line” (“Xətlər”) şəhərinin yeni videogörüntüləri yayılıb.
Görüntülərdə şəhərin tikintisinə necə başlandığı əks olunur.
Belə ki, 170 kilometr uzunluğunda olacaq şəhərdə 9 milyon insanın yaşaması nəzərdə tutulur.
“Ağıllı şəhər” hündürlüyü 500 metrə qədər olan “divardan” ibarət olacaq. Həmçinin şəhərdə avtomobillər olmayacaq.
Mənbə: “TOPOR” “Telegram”