Səudiyyə Ərəbistanında uşaq evində qızların kəmər və çubuqla döyülməsinin görüntüləri sosial mediada böyük əks-səda doğurub.
Belə ki, uşaq evinin sakinləri yeməklərin yaxşı olması üçün etiraz ediblər. Bu zaman onlar ayaqları və əlləri bağlanaraq zorakılığa məruz qalıblar.
Verilən reaksiyalardan sonra səlahiyyətlilər hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıblar.
Mənbə: NTV