Vaxtilə şahzadə Dianaya məxsus olan üç paltar “Julien’s” auksion evi tərəfindən 1,3 milyon funta (təxminən 2.75 milyon manat) satılıb.
Ən bahalı lot 1980-ci illərdə britaniyalı modelyer Bryus Oldfild tərəfindən şahzadə üçün yaradılmış qırmızı ipək paltar olub. Böyük Britaniya kralının keçmiş həyat yoldaşı bu paltarı ən azı üç dəfə geyinib: İki dəfə 1989-cu ildə və bir dəfə 18 noyabr 1991-ci ildə Londonda “Hot Shots” filminin dünya premyerasında.
Hərrac evinin nümayəndələri paltardan təxminən 160 min funt-sterlinq qazanacaqlarını gözləsələr də, sonda onun qiyməti 458,5 min funt-sterlinq olub.
İkinci ən bahalı lot, şahzadənin 1991-ci ildə Kanadada keçirilən tədbirdə geyindiyi modelyer Ketrin Uokerin Diana üçün tikdiyi qara-yaşıl büstye-paltar olub. Əvvəlcə dəyəri 80 000 funt-sterlinq olan geyim 450 000 funta satılıb.
Üçüncü geyim – Ketrin Uoker tərəfindən hazırlanmış qara məxmər və fil sümüyü rəngli paltarın qiyməti 48 000 funt-sterlinqdən başlasa da 407 000 funt sterlinqə satılıb.
Paltarların satışından toplanan rekord məbləğ bütün gözləntiləri üstələyib.
Mənbə: gazeta.ru