Şahzadə Harri avtobioqrafik kitabı yayımlanmazdan əvvəl televiziya kanallarına müsahibələr verib.
Onların anonsu Harrinin açıqlamalarının qalmaqallı olacağını göstərir.
Belə ki, kral III Çarlzın kiçik oğlu Britaniyanın ITV telekalıana deyib ki, onlar barışmağa qətiyyən hazır olmayıblar. Ancaq şahzadənin konkret kimləri nəzərdə tutduğu məlum deyil.
II Elizabetin nəvəsi “CBS News” telekanalının aparıcısı Anderson Kuperlə söhbətində ona xəyanət edildiyini iddia edib.
Hər iki müsahibənin tam versiyaları eyni gündə – yanvarın 8-də yayımlanacaq.
İki gün sonra, yanvarın 10-da Şahzadə Harrinin avtobioqrafik kitabı satışa çıxarılacaq. Çox güman ki, bestsellerə çevriləcək kitabda onun böyük qardaşı Şahzadə Uilyam ilə fikir ayrılığı təfərrüatı ilə izah ediləcək.
Mənbə: mk.ru