Nəsimi rayonu, Cavadxan küçəsi, 21 ünvanında vətəndaşların iddialarına görə, bir qrup şəxs və ya şəxslər tərəfindən qanunsuz olaraq şahmat məktəbi adı altında restoran tikintisinə başlanılmağa çalışır.
Yerli sakinlərin iddiasına əsasən, sözügedən sahədə dördmərtəbəli restoran tikmək istəyirlər. Onların sözlərinə görə, tikinti işlərini aparmaq istəyən şəxslərin əllərində inşaata icazə verən heç bir sənəd yoxdur.
Qeyd edək ki, bu ünvanda tikintiyə icazə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət daxil olmayıb
Daha ətraflı Baku TV-nin süjetində: