Şakira şəffaf geyimdə reklam üçün çəkilib

Şakira şəffaf geyimdə reklam üçün çəkilib

Kolumbiyalı müğənni Şakira “Burberry” brendinin yeni reklam kampaniyasının siması olub.

“Düzünü desəm, buna görə həyəcanlandım. Mən ilk dəfədir ki, belə bir dəb kampaniyasında iştirak edirəm. “Burberry” çox məşhur brenddir. Mənim üçün o, zərifliyin təcəssümüdür. “Burberry” zamanla təkamül etməyi bacarır, lakin həmişə özünəməxsus üslubunu qoruyub saxlayır”, – deyə müğənni bildirib.

O, yeni reklam kampaniyasında brilyantlarla bəzədilmiş şəffaf libasda və dizdən yuxarı çəkmədə pozalar verib.

İfaçı, həmçinin 2023-cü ildə yeni albomunu təqdim edəcəyini də açıqlayıb.

Mənbə: gazeta.ru

Share: