Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı mövqelər bir-birinə yaxınlaşır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Şarl Mişel Aİ-nin bu istiqamətdə maliyyə töhfəsi verməyə hazır olduğunu vurğulayıb.
“Detalları biz hələ də aydınlaşdırmağa çalışırıq, ancaq bu mövzuda mövqelər bir-birinə yaxınlaşır və seçimlər fəal şəkildə öyrənilir. Tərəflər son iki ay ərzində regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı aparılan müzakirələrdə aydın inkişaf əldə ediblər. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat tənzimləmələrinin üsullarını müzakirə etdik. Dəmir yolu əlaqələrinin inşası dərhal icra edilməlidir. Aİ maliyyə töhfəsi verməyə hazır olmalıdır. Bəzi detalların hələ də aydınlaşdırılmasına ehtiyac var, amma bu mövzuda mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır”, – Şarl Mişel deyib.
19:52
“Bugünkü görüş çox məhsuldar keçib”.
“Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.
“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, – S.Mişel bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.
19:29
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.
Ş. Mişel, həmçinin, Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə daha bir görüşə dəvət edib.