Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel sosial şəbəkədəki paylaşımında Yunanıstan, Bolqarıstan və Türkiyədə baş verən daşqın görüntülərinin ürəkağrıdıcı olduğunu bildirib.
O, son günlər insan itkisinə səbəb olan daşqınların baş verdiyi bu üç ölkəyə kömək etməyə hazır olduqlarını qeyd edib.
“Avropa İttifaqı sizinlədir. Əgər ehtiyacınız varsa, sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – Mişel yazıb.
Images of devastating floods in Greece, Bulgaria & Türkiye are heartbreaking.
My thoughts are with the families of the victims & those who lost everything.
The EU is by your side. We will do all we can to support you in your hour of need.@kmitsotakis @PresidentOfBg @RTErdogan
— Charles Michel (@CharlesMichel) September 7, 2023