Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olduğundan danışdı

Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olduğundan danışdı

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar həyat yoldaşı Sümeyye Ərdoğanla tanışlıq heyakəsindən danışıb.

O, bu barədə suala “TV 100”də yayımlanan “Tolga Işıkla az öncə danışdım” verilişində cavab verib.

Aparıcının “Prezidentin qızı ilə tanış olan zaman qorxmadınızmı?” sualına Selçuk Bayraktar gülümsəyərək cavab verib.

Tanınmış iş adamı bildirib ki, atası Özdemir Bayraktarın Prezident Ərdoğanla, özünün isə Bilal Ərdoğanla daha əvvəldən tanışlığı olub.

Bayraktar, həyat yoldaşı Sümeyye Ərdoğanla ortaq dostu vasitəsilə tanış olduğunu bildirib:

“Həyat yoldaşımın lütfündən, nəcibliyindən və əxlaqından çox təsirləndim deyə bilərəm”.

Daha ətraflı videoda:

Seymur Safarzade

Share: