“Eyni binada cinayətlər” serialının 30 yaşlı ulduzu Selena Qomezin yeni sevgilisinin kim olduğu məlum olub.
Qomezin “The Chainsmokers” duetinin üzvü Endryu Taqqartla eşq yaşadığı aşkara çıxıb.
Müğənni və sevgilisi münasibətlərini gizlətmirlər. Onlar daim bir-biri ünsiyyət saxlayır, boulinq oynayır, birlikdə film seyr edirlər.
“Selena musiqiçi ilə olduqca mülayim davranır. Cütlük birlikdə çox əylənir”, – deyə bu barədə məlumat verən insayder qeyd edib.
Mənbə: “US Weekly”