İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçirib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.
“Mayın 3-də yerli vaxtla təxminən saat 06:20-də Panama bayrağı altında üzən “Niovi” neft tankeri ələ keçirilib…”, – deyə ABŞ Müdafiə Nazirliyindən bildirilib.
Hələlik SEPAH-ın neft tankerini ələ keçirməsinin təfərrüatı, o cümlədən gəminin göyərtəsində olan insanların sayı barədə məlumatlar açıqlanmır.
Mənbə: “Reuters”