Şillə onu Uill Smit sevgisindən ayıra bilmədi

Şillə onu Uill Smit sevgisindən ayıra bilmədi

“Oskar” mükafatının təqdimetmə mərasimində aparıcı Kris Roka şillə vurması ilə bağlı qalmaqala baxmayaraq, Qay Riçi hələ də Hollivud ulduzu Uill Smitlə işləmək niyyətindədir.

Bu barədə məşhur britaniyalı rejissor Səudiyyə Ərəbistanında keçirilən Qırmızı Dəniz Film Festivalında jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O, aktyoru “Ələddin” filminin davamına çəkmək niyyətindən danışıb.

“Mən heç vaxt onun qədər yaxşı insanla tanış olmamışam. Uillə işləmək indiyə qədər keçirdiyim ən gözəl təcrübələrdən biri olub. Mən onda mükəmməl, səxavətli bir insandan başqa heç nə müşahidə etməmişəm və ona yenidən “Cin” rolunu təklif etməkdə heç bir problem görmürəm”, – deyə Qay Riçi bildirib.

Xatırladaq ki, builki “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub.

Mənbə: Gazeta.ru

Share: