Sindi Kroufordun qızı yeni reklam kampaniyasında çəkilib

Sindi Kroufordun qızı yeni reklam kampaniyasında çəkilib

Məşhur top model Sindi Kroufordun qızı Kaya Qerber “Celine” brendinin yeni kolleksiyasının siması olub.

Dəb evi yeni qış kolleksiyası üçün reklam kampaniyasını nümayiş etdirib.

Görüntüləri dəb evinin kreativ direktoru Edi Sliman çəkib.

Kolleksiya avqustun 26-da satışa çıxarılacaq. Onu mağazalarda, həmçinin “Celine”nin rəsmi saytında əldə etmək mümkün olacaq.

Qeyd edək ki, bu, modelin brendlə ilk əməkdaşlığı deyil. 2022-ci ilin mart ayında “Celine” “Cuir Triomphe” çantasının yenilənmiş modelini təqdim edib. Reklam kampaniyası üçün məhz Kaya dəvət olunub.

Mənbə: gazeta.ru

Share: