Smartfonlarınızın ömrünü uzatmaq üçün mütəxəssislərdən üç “qızıl” qayda

Smartfonlarınızın ömrünü uzatmaq üçün mütəxəssislərdən üç “qızıl” qayda

“Android”lə işləyən smartfonların batareyasının ömrünü artırmaq üçün enerji ilə yüklənməsi qaydalarına diqqət etmək lazımdır.

Bu barədə “Google” mütəxəssisləri bildiriblər.

Ekspertlər ilk növbədə qadceti enerji ilə tam yükləməməyi tövsiyə edirlər. Bunun üçün cihazın parametrlərinə daxil olmaq və akkumulyatorun “90 faizdən çox doldurulmama”sı göstəricisini işarələmək lazımdır.

Bundan əlavə, mütəxəssislər mümkün olduqca enerjiyə qənaət rejimini yandırmağı tövsiyə ediblər. Onların sözlərinə görə, bu funksiya aktivləşdirildikdə smartfon batareyadan daha az istifadə edəcək və fonda işləyən proqramları bağlayacaq.

Mütəxəssislərin üçüncü tövsiyəsi smartfonları enerji ilə doldurarkən ondan istifadə etməməkdir.

“Cihaz sərin yerdə olmalıdır, həmin vaxt interneti digər qadcetlərə paylamağa imkan verən Wi-Fi və bağlantı nöqtəsi funksiyasını söndürmək daha yaxşıdır”, – deyə ekspertlər fikirlərini yekunlaşdırıblar.

Mənbə: Lenta.ru

Share: