Soçi çimərliyində güclü dalğa qarşısına çıxan hər şeyi dağıtdı

Soçi çimərliyində güclü dalğa qarşısına çıxan hər şeyi dağıtdı

Rusiyanın Soçi şəhərində “Barxatnıye sezonı” çimərliyində güclü dalğa qarşısına çıxan hər şeyi dağıdıb.

Dalğanın təsiri nəticəsində xilasedici qüllə, çimərlik avadanlıqları və səyyar təcili tibbi yardım məntəqəsi su altında qalıb.

Şəhərdə tufan xəbərdarlığının iyul 29-da günün sonuna qədər davam edəcəyi bildirilib.

Bölgədə leysan yağacağı və tornadonun baş qaldıracağı gözlənilir. Çimərliklər isə iki gün müddətinə bağlanıb.

Mənbə: “SHOT” “Telegram”

Share: