Somalidə deputatın ofisi yaxınlığında partlayışlar baş verib: Ölənlər arasında məmurlar da var

Somalidə deputatın ofisi yaxınlığında partlayışlar baş verib: Ölənlər arasında məmurlar da var

Somalinin mərkəzində yerləşən Mahas şəhərində federal parlament deputatının ofisinin qarşısında iki minalanmış avtomobil partladılıb.

Nəticədə ən azı 15 nəfər həlak olub. Ölənlər arasında məmurlar da var.

Hadisənin terrorçu-kamikadzelər tərəfindən törədildiyi ehtimal olunur. Hakimiyyət partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” qruplaşmasının üzərinə qoyub.

Mənbə: “Somali Guardian”

Share: