Ukraynada müharibə davam edir.
Bu ölkədə yaşayan həmyerlimiz, İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Rusiya Ordusunun Ukraynaya 70 hücumu qeydə alınıb.
M.Nəcəfov, həmçinin qeyd edib ki, son həftə ərzində Rusiya Silahlı Qüvvələrinin irəliləməsində ləngimə var.