Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev növbəti dəfə əməliyyat olunub.
Bu barədə Bizim.media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev bu dəfə boynundan əməliyyat olunub. Əməliyyat 2 saat çəkib və hazırda uşaq reanimasiyadadır.
Qərənfil Əliyeva onu da qeyd edib ki, 5 gün sonra Aslan Əliyev növbəti dəfə əməliyyat olunacaq. Hansı ki, həkimlər həmin əməliyyatın ağır olduğunu deyiblər.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Yeniyetmə bir həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə yeniyetmə 4 dəfə əməliyyat olunacaq. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.