Suraxanıda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb

Suraxanıda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb

Suraxanı rayonunda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş reydlər zamanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində fiziki şəxslər Abdullayev Samir Tofiq oğluna, Heydərov Fəxrəddin Nağdəli oğluna, Əmirov Rauf Sərvər oğluna, Qaraçuxur qəsəbəsində isə fiziki şəxslər Abdullayev Yasin Hüseyn oğluna, Məmmədov Bayram Kərim oğluna, Həşimov Elmar Babalar oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Share: