Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkə ərazisində təxminən 1 milyon 350 mindən çox minik avtomobili var.
Xezerxeber.az-ın məlumatına görə, təkcə paytaxt Bakıda gün ərzində yüzlərlə sürücü yol hərəkəti qaydasını pozur.
Bəs görəsən, sürücülər ən çox hansı qayda pozuntusuna yol verirlər?
Sürücülərin böyük əksəriyyəti ən çox dayanma-durma tələblərini pozduqlarına görə cərimələndikərini bildiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli mövzu ilə bağlı bildirib ki, əsasən qayda pozuntuları dayanma-durma, ötmə, manevr etmə, qarşı nəqliyyatın zolağına çıxma, svetaforun qırmızı işığında hərəkətə davam etmə kimi hallarda müşahidə olunur.
Aparılan sorğular nəticəsində məlum olub ki, sürücülərin əksəriyyəti qaydalardan məlumatlı olsalar da, onu pozurlar. Buna səbəb kimi isə parklanma yerlərinin və ya taksi dayanacaqlarının kifayət qədər olmamasını göstərirlər.
Ətraflı süjetdə: