Toyunda leysan başlayan gəlin məclisin təxirə düşməsi riski ilə üzləşir. Amma qadın uzun müddətdir hazırlaşdığı mərasimdən belə rahatlıqla vaz keçmək fikrində deyildi. Buna görə də nikah tədbirinə qayıqla yollanır.
Maraqlı hadisə Vyetnamda baş verib. Bildirilir ki, qəfil başlayan güclü yağış bir anda şəhərin küçələrini daşqınlara qərq edib.
Çıxılmaz vəziyyətdə qalan ailələr əvvəlcə tədbiri ləğv etmək istəyirlər. Ancaq çəkilən xərcləri və təbii fəlakətin nə qədər davam edəcəyinin naməlum olmasını nəzərə alan gəlin toyun nəyin bahasına olursa-olsun davam etməsini istəyir.
Nəticədə sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olan görüntülər ortaya çıxıb.
Mənbə: Vesti